“Qanun” nəşriyyatı böyük Nizami Gəncəvinin 880 illik yubileyinə qiymətli töhfə vermişdir. Nəşriyyatda Nizaminin “Xəmsə”si (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə”) həm Azərbaycan dilində, həm də sətri tərcümə edilərək rus dilində çap olunmuşdur.
Nəfis tərtibatlı on kitab göz oxşayır. Bu poemalar təkrar-təkrar çap edilsələr belə, yenə də azdır.