Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova İtaliyada səhnələşdirilən operada çıxış edib.
AzərTAC xəbər verir ki, İtaliya Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Kalabriya regionunun Tropea şəhərində dahi bəstəkar Cüzeppe Verdinin “Traviata” operası konsert formatında tamaşaçılara təqdim olunub. Tamaşada baş rolu Əməkdar artist Afaq Abbasova ifa edib. Opera italiyalı dirijor Alberto Veronesi tərəfindən idarə olunub.
Afaq Abbasova xoş təəssüratlar yaşadığını və bu ay ərzində İtaliyada dünyaşöhrətli ifaçılarla ikinci dəfə eyni səhnəni bölüşməkdən məmnunluğunu bildirib. Əməkdar artist ona dəstək olan hər kəsə təşəkkür edib.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)