Musiqi kollektivlərinin regionlara qastrol səfərləri davam edir

 

Mədəniyyət Nazirliyi tərəfindən iyul ayı üçün musiqi kollektivlərinin regionlara qastrol səfərləri davam edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı mazirliyə istinadən bildirir ki, bu çərçivədə Beynəlxalq Muğam Mərkəzinin solistləri iyulun 22-də Cəbrayıl rayon Mədəniyyət Evində "Muğamat var olan yerdə" adlı konsertlə çıxış edəcəklər.

Qeyd edək ki, qastrol səfərləri Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.