Bakıdakı Rus evində BMA-nın məzununun konserti olub

 

Bakıdakı Rus evində istedadlı vokalçı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, beynəlxalq musiqi müsabiqələrinin laureatı, vaxtilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışmış Anastasiya Boboviçin konserti təşkil olunub. 

 

Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətin məlumat yayıb. 

A.Boboviç artıq uzun illərdir ki, həm Türkiyədə, həm də Rusiyada yaradıcı və pedaqoji fəaliyyət göstərir. 

Doğma şəhərə gələn A.Boboviç Bakıdakı Rus evinin dəvətini lütfkarlıqla qəbul edərək, konsertmeyster, Azərbaycan Respublikasının Əməkdar artisti İlahə Sadıxzadə ilə birgə qonaqlara gözəl musiqi axşamı ərməğan edib. 

Konsert proqramında V.A.Motsart, M.İ.Qlinka, C.Verdi, N.A.Rimski-Korsakov və digər dahi bəstəkarların əsərləri səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.