Moskvada Riad Məmmədovun solo konserti təşkil olunub

Moskvada, A.S.Puşkin adına Dövlət Təsviri Sənət Muzeyində Azərbaycan və Rusiya bəstəkarı və pianoçusu Riad Məmmədovun solo konserti təşkil olunub. 

 

AzərTAC xəbər verir ki, tədbir “Puşkinskidə cümələr” silsiləsi çərçivəsində keçirilib və bu mövsümün son konserti olub. 

Konsert proqramına İ.Brams, S.Raxmaninovun əsərləri və Riad Məmmədovun müəllif musiqiləri daxil idi. 

Riad Məmmədov Bakıda doğulub, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını “Fortepiano” ixtisası üzrə, aspiranturanı isə “Musiqişünas” ixtisası üzrə bitirib. O, Rusiya Bəstəkarlar İttifaqının üzvü, beynəlxalq müsabiqələrin laureatı, bir çox beynəlxalq festivalların iştirakçısıdır.

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.