Bəyimxanım Vəliyevanın “Sən elə bir zirvəsən” adlı solo konserti təşkil olunacaq

Mayın 4-də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəyimxanım Vəliyevanın “Sən elə bir zirvəsən” adlı solo konserti keçiriləcək.

 

Beynəlxalq Muğam Mərkəzidə təşkil olunacaq konsert Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq. 

İfaçını "Buta" instrumental ansamblı müşayiət edəcək. Ansamblın bədii rəhbəri Rövşən Qurbanovdur. Konsertdə bir-birindən rəngarəng, tamaşaçıların zövqünü oxşayan fərqli repertuar təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.