Sabah Mirzə Şəfi Vazehin Şərq lirikası Qərb musiqisində səslənəcək

Aprelin 15-də Beynəlxalq Muğam Mərkəzində “Mirzə Şəfi Vazehin Şərq lirikası Qərb musiqisində” adlı konsert təşkil olunacaq. 

 

Konsertdə vokalçı Əməkdar artist İlham Nəzərov və pianoçu beynəlxalq müsabiqələr laureatı Züleyxa Abdulla çıxış edəcək. 

Qeyd edək ki, konsert proqramında görkəmli İsveçrə bəstəkarı H.Huberin romans silsiləsi Bakıda ilk dəfə təqdim olunacaq. Vazehin şeirlərinə yazılmış bu silsilənin notları İsveçrədə 140 il əvvəl, 1882-ci ildə nəşr edilib, lakin ölkəmizdə ilk dəfə ifa ediləcək. Eyni zamnda Avropa klassik musiqisində romantizm dövrünün bəstəkarlarının fortepiano üçün əsərləri ifa olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.