Azərbaycan Dövlət Simfonik Orkestri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edib.
Filarmoniyanın yaydığı məlumata görə, musiqili gecədə orkestr dirijor Murtuza Bülbülün rəhbərliyi altında çıxış edib.
Konsert zamanı Lüdviq Van Bethovenin “Eqmont” uvertürası, Edvard Qriqin “Per Günt” süitası No. 1, Ferents Listin “Prelüdlər” simfonik poeması, Modest Musorqskinin “Keçəl dağda gecə” simfonik lövhəsi (işləyəni Nikolay Rimski-Korsakov), Pyotr İliç Çaykovskinin “Qu gölu” baletindən süita səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)