Muğam Mərkəzində Xalq artisti Hacı Xanməmmədovun xatirəsi anılacaq

 

Aprelin 17-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, bəstəkar Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş musiqili gecə təşkil olunacaq.

Musiqili gecədə Muğam Mərkəzinin solistləri Könül Məmmədli, Vəfa Vəzirova, Hüseyn Məlikov, Könül Xəlilzadə, Murad Laçın, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Elnur Zeynalov, Elgiz Əliyev, Ehtiram Hüseynov və başqa solistlərin ifalarında bəstəkarın repertuarından olan musiqilər səsləndiriləcək.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.