Uzun illər səhnələrdən uzaqda olan İbrahim Tatlisəs özünün ilk xarici konsertini 12 il sonra dünən axşam Belarusun paytaxtı Minskdə mehmanxanada keçirib. İki saatlıq konsertdə İbrahim Tatlisəs tamaşaçıları həyəcanlandırıb.
“Huriyyet” qəzetinin yazdığına görə, “Yalqızam, dostlarım", "Mənim bəbəyim” və “Mavi, mavi" kimi klassik mahnılar ifa edən İbrahim Tatlisəs səhnədə sevənlərini xoşbəxt edib. İki saata yaxın davam edən proqramın aparıcısı Mehmet Ali Erbil olub.
Tatlisəs izləyicilərinə deyib: "Hər gün Allaha dua edirəm. Mənə səhvlərimi düzəltməyə bir şans verməsi üçün dua edirəm. Başıma gələn o pis olaylar mənə çox təsir etdi. Tarix məni çox dəyişdirdi. İndi hər şeyi daha aydın görürəm. Mən daha pozitiv bir insan oldum. Ailəmlə, uşaqlarımla, dostlarımla və mahnılarımla yaşlanmaq istəyirəm", - deyə o bildirib.