O gözlər, o gözlər, indi kimindir? Featured

 

Xalq artisti İlqar Muradovun 65 illiyi yaradıcılıq gecəsi ilə qeyd olunacaq

 

Musiqili fevral ayında bir yubiley tədbiri də olacaq. Fevralın 12-də Heydər Əliyev Sarayında sevilən sənətkar, Xalq artisti İlqar Muradovun 65 illiyi münasibətilə yaradıcılıq gecəsi keçiriləcək. 

Azərbaycanın musiqi tarixində ən gözəl lirik parçalar içində İlqar Muradovun həzin səslə ifa etdiyi bu mahnı da dayanır: 

 

Hər şeyi bəlkə də

Unudaram mən

Gözlərin, gözlərin

Çıxmır fikrimdən

Gülümsər gözlərin

Sənin gözlərin

Sənin gözlərin, gözlərin

Bir cüt ulduz kimi onlar yanardı

Gözlərim gözünlə işıqlanardı

Onlar başqasına baxırlar indi

O gözlər, o gözlər

İndi kimindir?

O gözlər, o gözlər

İndi kimindir?

 

Bəli, ifaları ilə qəlbləri fəth edən müğənni yaradıcılıq gecəsində öz repertuarında olan mahnılarla pərəstişkarlarının qarşısına çıxacaq. 

Tamaşaçılar gecədə İlqar Muradovun yeni mahnıları, xalq musiqiləri və klassik ifaları ilə yanaşı, sənət dostlarının çıxışlarını də izləyə biləcəklər. 

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyytat və incəsənət”

(06.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.