Fikrət Əmirovun yubileyi İsraildə qeyd olunacaq

 

Dekabrın 25-də İsrailin “Hayfa Krieger Auditorium”unda görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçiriləcək.

Proqramda Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Hayfa Simfonik Orkestri və tanınmış pianoçu Murad Hüseynovun ifasında bəstəkarın “Azərbaycan kapriççiosu”, “Kürd-ovşarı” simfonik muğamı və digər əsərlər səslənəcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.