Rəssamlıqla zövq yaradanlar musiqi ilə də bu nəcib işi davam etmək niyyətindədirlər.
YARAT Müasir İncəsənət Məkanı musiqisevərlərin həzz alacağı xoş bir səyahətə hazırlaşır.
Dekabrın 13-də YARAT-da reallaşacaq konsertdə Kuba musiqisinin müxtəlif üslublarının Azərbaycan muğamı ilə sintezini dinləmək imkanı olacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə YARAT-dan mediaya məlumat verilib.
İştirakçılar Kubanın ecazkar musiqi zənginliyinə daxil olan “Punto-quaxiro”, “Ça-ça-ça”, “Bolero”, “Quaraça”, “Mambo” kimi janrlardan da eşidə biləcəklər.
Layihənin məqsədi - musiqinin bütün dünyada danışılan universal dil olduğunu bir daha vurğulamaqdır.
Musiqili gecədə Əməkdar artist Sevinc Sarıyeva (xanəndə), artist Cubano (gitaraçı-bəstəkar), Yusif Cəfərbəyli (xanəndə) və Məsim İslamov (tar) iştirak edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)