Ömrünün 82-ci ilində vəfat edən Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın məzar üstü götürülüb.
“Ədəbiyyat və incəsənət” Milli.Az-a istinadən xəbər verir ki, bunu aparıcı Hacı Nuran Hüseynov bəyan edib.
Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda böyrək çatışmazlığından vəfat edib. Əməkdar İncəsənət xadimi Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn edilib.