Bir elan: Xalq artisti Ənvər Sadıqov ilk solo konsertinin vaxtı dəqiqləşib

Dekabrın 23-də Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli musiqiçisi, Xalq artisti Ənvər Sadıqovun ilk böyük solo konserti keçiriləcək.

 

Konsertdə musiqiçini bədii rəhbəri olduğu "Qaytağı" instrumental ansamblı və tanınmış incəsənət ustaları müşayiət edəcəklər. Həmçinin Ənvər Sadıqov ilk böyük solo konsertində Əməkdar artist Emil Əfrasiyab ilə birgə yeni layihələrini musiqisevərlərə təqdim edəcəklər.

Konsertin biletlərini şəhərin kassalarından və iticket.az saytından onlayn əldə etmək olar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.