Müğənni Rəhim Rəhimlinin ölüm səbəbləri açıqlanıb

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəstəkar-müğənni Rəhim Rəhimlinin ölüm səbəbini açıqlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Milli.az-a istinadən xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilovaya bildirib ki, R.Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən sentyabrın 30-da saat 01:30 radələrində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çarığış daxil olub.

Onun sözlərinə görə, həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

Z.Ədilova qeyd edib ki, ifaçının bu xəstəliklərlə yanaşı digər ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.