“Can Cankaya” Bakıda çıxış edəcək

 

Sentyabrın 23-dən 30-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcəyi barədə sizləri məlumatlandırmışdıq. 

 

Həmin festival çərçivəsində sentyabrın 24-də “Enerji Club”da Türkiyənin tanınmış “Can Cankaya” kvarteti çıxış edəcək.

Qrupun yaradıcısı Can Çankaya İstanbulun caz səhnəsində öz nəslinin aparıcı musiqiçilərindən biri sayılır. O, “Uilyam Paterson Universiteti”ndə magistr dərəcəsinə yüksəlib, Harold Mabern, Malqryu Miller və Ceyms Vaydman ilə fortepiano və ansambl üzrə təhsil alıb. Bu illər ərzində o, dünyaşöhrətli sənətçilərlə birgə müxtəlif beynəlxalq caz festivallarında səhnəni bölüşüb, çoxsaylı albomlar yazdırıb. “Can Çankaya” kvarteti Engin Recepogullari, Kagan Yıldız və Ferit Odman kimi İstanbulun ən çox sayılıb seçilən musiqiçilərinin görüş yeridir. Kvartet bu dəfə də orijinal və ənənəvi caz kompozisiyalarını ifa etməklə festivala rəng qatacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.