“Yubileyinizi harada qeyd edirsiniz?" sualımıza, "Dağ başına çıxmışam" cavabını verən Alim Qasımov onu tapanlara təşəkkür də etməyi unutmadı.
Muğam ustadı Alim Qasımovun 65 yaşı tamam oldu. Bir sənətkar üçün bu yaş çoxdur, yoxsa az, ustad bu yaşda özünün necə hiss edir? - deyə sənətkara müraciət etdik. Alim Qasımov dedi ki, yaş sadəcə illərin haqq-hesabıdır:
"Yaşa gələndə əsas məsələ ruhdur, ruhun hansı yaşdadırsa, özünü necə hiss edirsə, sən də ona tabe olursan".
“Ədəbiyyat və incəsənət” portalı bizim media-ya istinadən xəbər verir ki, Alim Qasımovun fikrincə, bu yaşda insana, sənətkara ailənin və xalqın sevgisindən qeyri heç nə lazım deyil:
"65 yaşımı da ailəmin əhatəsində, muğamsevərlərin sevgisi ilə qeyd etdim. Qaçıb dağ başına çıxmışam, burda da məni tapıb təbrik edirsiniz, xoş sözlər deyirsiniz, bundan başqa insan nə istəyə bilər. Hamıya təşəkkür edirəm. Ad günümü elə burda Şamaxıda, amma heç soruşmayın harasında, haradırsa dağ başıdır, ailəmlə qeyd etdim. Təm-tərağı sevməyən adamam, xoş günləri təbiətlə keçirərlər".