Bəstəkar Emin Sabitoğlunun 85 illiyi qeyd ediləcək

 

Oktyabrın 15-də Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun anadan olmasının 85 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq.

 

Sarayın mətbuat xidmətindən bildirilib ki, gecədə bəstəkarın unudulmaz nəğmələrini tanınmış incəsənət nümayəndələri ifa edəcəklər.

Qeyd edək ki, biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.