“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi adlı yeni təşkilat yarandı. Təşkilatın əsas məqsədi musiqili əsər (bəstəkar və şair) müəlliflərinin əmlak hüquqlarının təmin edilməsi, həmin hüquqların kollektiv əsasda idarə edilməsidir. Təşkilatın sədri bəstəkar Gövhər Həsənzadə, İdarə Heyətinin üzvləri Xalq şairi Vahid Əziz, bəstəkarlar Yaşar Baxış və Vaqif Gərayzadədir.
Təşkilat sosial media hesabları vasitəsi ilə musiqili əsər müəlliflərini üzvlüyə dəvət edir.
Qeyd edilir ki, təşkilata üzv olan müəlliflərlə "Müəllif və ələqəli hüquqlar"ın Kollektiv idarəçiliyə verilməsi haqqında Qanununa əsasən fərdi müqavilələr imzalanır və bundan sonra onlara əsərlərinin istifadəsinə əsasən qonorar hesablanır.