Rəşid Behbudov adına Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin beynəlxalq müsabiqələr laureatı Amin Bünyatovun “Şuşa İli” çərçivəsində “5 Baharın bəhəri” adlı solo-konsert proqramı təqdim olunub.
İdarədən bildirilib ki, konsertdə Amin Bünyatov öz ifasında Azərbaycan və xarici bəstəkarların repertuarlarına müraciət edib.
Sonda məktəbin direktoru Samirə Əliyeva “Vətən” adlı kompozisiyası ilə çıxış edib.