Ukrayna “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinə evsahibliyi edə bilməyəcək

 

Müharibə səbəbindən Ukrayna  “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsini təşkil edə bilməyəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə  istinadən xəbər verir ki, bu barədə qərar Avropa Yayım Birliyi (EBU) tərəfindən qəbul olunub. 

“Ukrayna təmsilçisinin “Avroviziya”da qələbəsindən sonra EBU Ukrayna İctimai televiziya kompaniyasının müsabiqənin gələn il keçirilməsi variantlarını öyrənib. Obyektiv təhlildən sonra referent qrupu təəssüf hissi ilə belə qərara gəlib ki, mövcud vəziyyət, təhlükəsizlik zəmanəti nəzərə alınaraq, yayımçı müsabiqənin qaydalara uyğun təşkili və keçirilməsi üçün zəruri olan şərtləri yerinə yetirə bilməyəcək”, - deyə müsabiqənin saytında dərc olunmuş bəyanatda bildirilir. 

Xatırladaq ki bu ilin mayında keçirilmiş mahnı müsabiqəsində Ukraynanın Kalush Orchestra qrupu Stefania kompozisiyası ilə qalib gəlib. İkinci yeri 466 bal toplayan Böyük Britaniya təmsilçisi Sem Rayder tutub. 

Hazırda müsabiqənin Britaniyada keçirilməsi məsələsinə baxılır. EBU bununla bağlı BBC ilə danışıqlara başlayır.

“Avroviziya” 1956-cı ildən keçirilməyə başlayan ən populyar qeyri-idman tədbirlərdən biridir, onun 600 milyonadək tamaşaçı auditoriyası var.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.