“Qremmi” 2023-də qanadlandıracaq Featured

“Ədəbiyyat və incəsənət” portalı RİA Novosti agentliyinə istinadən xəbər verir ki, populyarlığı gün-gündən artan “Qremmi” Musiqi Mükafatlarının Təşkilat Komitəsi əvvəlki nominasiyalara beş yeni nominasiya əlavə edib. Və bu barədə Milli Səsyazma Sənəti və Elmləri Akademiyasının rəsmi saytında məlumat verilib.

 

“Red bull qanadlandırır” reklamı yadınızdadır, bu dəfə “Qremm qanadlandırır”, özü də necə lazımdırsa elə. Böyük büdcəli reklam kampaniyası ilə reklamı təşkil olunan bu yenilənmədə “Ən yaxşı oyun saundtreki”, “Ən yaxşı bəstəkar”, “Ən yaxşı spoken word janrı”, “Ən yaxşı alternativ ifa” və “Ən yaxşı amerikana janrı” nominasiyaları yer alıb, ilk qaliblər də 2023-cü ildə mükafatlandırılacaqlar.

Həmçinin “Qremmi”də “İctimai hadisələr üçün yazılan ən yaxşı mahnı” xüsusi mükafatı da olacaq. “Biz musiqi yaradıcılarını yeni təsis edilmiş mükafatlar və düzəlişlərlə təltif etməkdən məmnunuq”, - “Qremmi”nin bəyanatında deyilir.

Xatırladaq ki, “Qremmi”nin 64-cü təltif mərasimi bu ilin 4 aprelində baş tutub, “iİlin ən yaxşı albomu” kateqoriyasında mükafat We Are diskinə görə Con Batistə qismət olub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.