Azərbaycanlı şagird Beynəlxalq Folklor Müsabiqəsinin qalibi olub

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Süleyman Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbi Fransanın Paris şəhərində keçirilən Beynəlxalq Folklor Müsabiqəsində uğurla iştirak edib.

İdarədən bildirilib ki, müsabiqədə məktəbin fortepiano ixtisası üzrə V sinif şagirdi Dəniz Manafova (müəllimi K.Abbasova) I dərəcəli diplomla təltif olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.