Müğənni vurğuladı ki, musiqi onun üçün hər şeydir!
Dünya incəsənətində bəzən elə hadisələr baş verir ki, sərhədləri aşır, əhəmiyyətinə görə lap başda dayanır. Ötən gün dünya opera sənətində olduqca möhtəşəm bir hadisə baş verdi, özü də İtaliyada, bu sənətin Məkkəsində!
Tanınmış ispan tenoru Plasido Dominqo "Bellini d 'oro" ("Qızıl Bellini") adlanan nüfuzlu Opera mükafatına layiq görüldü. Müğənninin mətbuat xidmətinə istinadən bu xəbəri cümə axşamı TASS agentliyi yaydı.
Xəbərdə qeyd edilir ki, mükafatlandırma İtaliya bəstəkarının vətəni Siciliyada, Dominqonun Cüzeppe Verdinin “Riqoletto”suna dirijorluq etdiyi Taormində keçirilib.
"Mən bu etimad üçün minnətdaram. Mükafat Vincenzo Bellininin adınadır ki, o da inanılmaz nüfuzedici musiqi yaradırdı və bir çox böyük bəstəkarlara, xüsusilə Verdiyə yol açdı", deyə Dominqo bildirdi.
O, həmçinin 80 ilində hələ də gücünü hiss etdiyini və səsinin onu tərk etmədiyini dilə gətirdi. "İndi bəlkə soruşduğum hər şeyi etmirəm, amma işə davam etmək üçün səsim hələ var. 70 faiz oxuyuram, 30 faiz dirijorluq edirəm. Bəlkə də gələcəkdə daha çox və daha az dirijorluq edəcəyəm, amma hələ ki, səsim məni tərk etmir və mən xoşbəxtəm", - deyə ifaçı bildirdi və etiraf etdi ki, musiqi onun üçün hər şeydir. "Bu su və qida kimidir, musiqi olmadan yaşaya bilmərəm" dedi Dominqo.
Bildirək ki, Bellini mükafatı 1968-ci ildə dahi bəstəkarın doğma şəhəri olan Kataniyada musiqi Dostları Cəmiyyəti tərəfindən təsis edilmişdir. Müxtəlif illərdə Dominqonun dostları Rikkardo Muti və Luçano Pavarotti də bu mükafa layiq görülmüşlər. Corriere della Sera qəzetinə verdiyi müsahibədə İspan tenoru Pavarotti ilə dost, həmkar, eyni zamanda rəqib olduğunu etiraf etdi. "Mən ona heyran idim, amma rəqabət də var idi. Biz əməkdaşlıqdan həzz alırdıq və indi onun yeri görünür", - deyə Dominqo kədərlə bildirdi.