Bu gün Qarabağ müharibəsi döyüşçüləri musiqi ərməğan edəcəklər

 

Nərmin İsgəndərovanın layihəsi əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu gün - 27 may 2022-ci il saat 19:30 da Heydər Əliyev Sarayında İkinci Qarabağ Müharibəsinin Döyüşçülərinin ifasında musiqili bədii gecə keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə iştirak edən veteran və qazilər Azərbaycan Respublikasının Ali təhsil ocaqları AMK, ADMİU, BMA -nin tələbə və məzunlarıdırlar. Onlar ixtisasca musiqiçi, aktyor, rejissor, teatrşünas, rəssamdılar. Məzunlardan hal-hazırda müxtəlif təhsil və mədəniyyət ocaqlarında işləyənlər də var.

Gecədə həmçinin Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, Dövlət Mahnı və Rəqs Ansamblı, Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Hava Qüvvələri Orkestri və bir neçə tanınmış incəsənət xadimləri, eləcə də  ADMİU-nun tələbə heyəti də çıxış edəcəklər.

Xeyriyyə tədbiridir, əldə olunacaq vəsait Yaşat Fonduna ianə olunacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.