Bakıda ilk dəfə beynəlxalq piano festivalı təşkil ediləcək

 

Mayın 20-dən 27-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə paytaxtımızda ilk dəfə Birinci Bakı Beynəlxalq Piano Festivalı keçiriləcək.

 

Keçiriləcək festivalda bütün janrları özündə cəmləşdirən 15-ə yaxın konsert nəzərdə tutulur. Festivalın təsisçisi və direktoru Əməkdar artist Şahin Növrəslidir.

Qeyd edək ki, festivalda caz, flamenko, tanqo, klassik və müasir musiqilər daxil olmaqla, bir çox yerli və dünya musiqisi inciləri səslənəcək. Bir həftə davam edən festival Bakı şəhərinin ən maraqlı tədbirlərindən birinə çevrilməklə, ziyarətçilərə canlı musiqi sədaları altında ecazkar atmosfer bəxş edəcək.

Festival üçün biletləri onlayn əldə etmək mümkündür. Biletlərin qiyməti keçiriləcək məkan və konsertdən asılı olaraq dəyişir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.