Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi və H.Abbasov adına Mədəniyyət Mərkəzi birlikdə gənc muğam ifaçılarının iştirakı ilə “Şuşa İli”nə həsr olunmuş tədbirlər keçirib.
İdarədən bildirilib ki, Tədbirdə Baş İdarənin rəisi İbrahim Əliyev, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qəsəbə sakinləri iştirak ediblər.
Konsertdə gənc muğam ifaçıları - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mütəllim Dəmirov, IV Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə, IV Muğam Müsabiqəsinin laureatı Nüşabə Kərimli, Asəf Zeynallı adına musiqi kollecinin tələbələri Gəray Qarayev, Daşqın Kürçaylı, Milli Konservatoriyanın müəllimi Nurlan Cəbizadə, Milli Konservatoriyanın tələbəsi Səyyar Teymurov, A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzin əməkdaşı Fərid Babayev çıxış ediblər.