Bakı Gənclər Mərkəzində “Qəlblərin harmoniyası” adlı Azərbaycan və dünya rəqsləri festivalı keçirilib

 

“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə Bakı Gənclər Mərkəzində “Qəlblərin harmoniyası” adlı Azərbaycan və dünya rəqsləri festivalı keçirilib.

 

29 aprel - Beynəlxalq Rəqs Gününə həsr olunmuş festival çərçivəsində ölkədə fəaliyyət göstərən uşaq və gənclərin rəqs kollektivlərinin iştirakı ilə müxtəlif rəqs kompozisiyaları nümayiş olunub. Rəqs kompozisiyaları münsiflər - Xalq artistləri Eldar Mansurov və Cəmilə Bayramova, Əməkdar artist Etibar Zeynalov, Mədəniyyət Nazirliyinin nümayəndəsi Kənan Tağızadə və ritm ifaçısı Cəfər Həsənov, eləcə də rəqqasə-pedaqoq Səbinə İsmayılova tərəfindən qiymətləndirilib.

Qeyd edək ki, birliyin sədri Fərhad Abdulov festivalın təşkilində əsas məqsədin uşaq və gənclərin yaradıcı potensiallarının üzə çıxarılması və stimullaşdırılması, həmçinin rəqs sənətinin mədəni-sosial müxtəlifliyə baxmayaraq insanlar arasında emosional özünüifadə forması olduğuna, eləcə də dil baryerini aşaraq qəlblər arasında harmoniya yaratmasına diqqət çəkmək olduğunu vurğulayıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.