“Anadır arzulara hər zaman Qarabağ” mövzusunda xor müsabiqəsinin seçim mərhələsi başa çatıb

 

2022-ci ilin Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Şuşa İli” elan edilməsi ilə bağlı tədbirlər davam etdirilir. Kürdəmir Regional Mədəniyyət İdarəsi də fəallıqla bu tədbirlərə qoşulub. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, “Şuşa İli”nə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” şüarı ilə həyata keçirilən Regional Xor Müsabiqəsinin seçim mərhələsi başa çatıb. Xocavənd rayon Uşaq Musiqi Məktəbində keçirilən mərhələdə xor kollektivləri çıxış ediblər. Müsabiqədə ümumilikdə 14 uşaq musiqi, incəsənət məktəbi iştirak edib.

 

Müsabiqənin yekun nəticələri aşağıdakı kimidir:

I yer - Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin xor kollektivi

II yer - Xocavənd rayon Tuğ kənd Uşaq Musiqi Məktəbinin xor kollektivi

III yer - Füzuli rayon Böyük Bəhmənli kənd Uşaq Musiqi Məktəbinin xor kollektivi

 

Fərqlənən xormeysterlər:

Füzuli rayon S. Şuşinski adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi – Asudə Allahverdiyeva

Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbi – Leyla Haqverdiyeva

Füzuli rayon Mahmudlu 1 Uşaq Musiqi Məktəbi – Sakit Muradov

 

Fərqlənən konsertmeysterlər:

Füzuli rayon Böyük Bəhmənli kənd Uşaq Musiqi Məktəbi – Əvəz İsmayılov

Xocavənd rayon Tuğ kənd Uşaq Musiqi Məktəbi - Ceyhun Qurbanov

 

Qeyd edək ki, müsabiqənin münsifləri tanınmış musiqiçilərdir. Komissiyanın sədri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanovadır. Həmçinin Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva və Bakı Musiqi Akademiyasının xor dirijor kafedrasının müəllimi Aysel Əsədova da münsiflər sırasında yer almaqdadır.

Müsabiqənin qalibləri 30 apreldə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.