Bakıda ilk dəfə “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalına start verilib

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalının açılışı olub.

Bu festivalın açılışında XVIII əsrin görkəmli alman bəstəkarı K.V.Qlyukun “Orfey və Evridika” operasının premyerası təqdim olunub.

Tədbir proqramı Əməkdar incəsənət xadimi Nikolay Tretyakinin, Əməkdar artist Əyyub Quliyevin, Xalq artisti Kamilla Hüseynovanın, Əməkdar artist İlham Nəzərovun və başqalarının çıxışları ilə davam edib.

Qeyd edək ki, festival aprelin 26-dək davam edəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.