Cazibədar Öykü Gürman dekoltelərə münasibət bildirdi Featured

 

Türkiyədə pop musiqinin son illərdə parlayan ulduzlarından biri – Öykü Gürman bu günlər medianın gündəmindədir. Söhbət müqəddəs Ramazan ayında əxlaqi dəyərlərdən gedir, çünki son zamanlar daha çox xanım müğənni, aktrisa əxlaqsız görüntülərlə, pozğun hərəkətlərlə gündəmdə dayanır.

 

“Ədəbiyyat və incəsənət” portalı SonSöz xəbər ajansına istinadən məlumat verir ki, Quzey Kıprısda konsert verən və ön cərgədə əyləşən nişanlısı Fateh İçməliyə heyran baxışlarını gizlətməyən Öykü xanım mediaya yeni sinqlı barədə açıqlama verib. Söyləyib ki, 1990-cı ildə Bürhan Çaçanı məşhur edən “Ayaz gecələr” mahnısını repertuarına daxil edib. Deyib ki, bu cür arabeskləri çox sevir və oxumaqdan zövq alır.

İndi isə gələk mətləbə. Müsahibə zamanı jurnalist ondan soruşub ki, əvvəllər dekoltelər geyərdiniz və bu, sizə çox yaraşardı. İndi niyə o tərzdə geyinmirsiniz?

Öykü Gürman cavab verib ki, mən indi sənətimlə gündəmdə olmaq istəyirəm, geyim-kecimlə yox. Və onu da deyib ki, toya hazırlaşır və həyatını sənətinə və gələcək qocasına həsr edəcək.

Əlbəttə ki, sənətdə soyunub məşhurlaşmaq düzgün seçim deyil.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.