Yubiley gecəsinin vaxtı məlum olub

 

Bildiyiniz kimi, korifey müğənni, dünyaşöhrətli ifaçı və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin bu il 80 illik yubileyidir. Onun yubiley gecəsinin keçiriləcəyi vaxt məlum olub.

 

Oktyabrın 29-da Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində baş tutacaq yubiley gecəsi. Özü də xüsusi özəllillərlə. Nədir bu özəlliklər? Yubiley gecəsində Müslüm Maqomayevin unudulmaz nəğmələrini dünyanın tanınmış incəsənət nümayəndələri ifa edəcək. 

Konsertə biletləri “iTicket.az” saytından və şəhərin kassalarından əldə etmək mümkün olacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.