Bu gün Mahnı Teatrında “Çikaqo” myuziklı təqdim ediləcək

 

Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan tamaşaçısı üçün uyğunlaşdırılmış “Çikaqo” myuziklı nümayiş olunacaq.

Myuziklın quruluşçu rejissoru Əziz Əzizov, baletmeyster və xoreoqrafı Zarina Rəhimova, geyim üzrə rəssamı Marqo İsmadır. 

Baş rolları yerli aktyorlarla yanaşı, əcnəbi ifaçıların da yer aldığı “Jam Group” truppasının aparıcı aktyorları Natavan Quliyeva, Aliyə Rəhimova, Aytən Orucəliyeva, Endryu Friman və Rəsul Həsənov ifa edirlər.

Qeyd edək ki, “Çikaqo” myuziklı 20-ci illərdə günah, izzət, sevgi, sədaqət və xəyanət haqqında hekayədir. Tamaşaçıları o dövrün bütün ab-havasını hiss etməyə kömək edəcək çox maraqlı süjet və məşhur mahnılar gözləyir. 

Mahnı Teatrı indiyə kimi Azərbaycan tamaşaçıları üçün “Mama Mia”, “Burlesk”, “Getsbi”, “Mulen Ruj” kimi dünyaca məşhur olan myuzikləri uyğunlaşdırıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.