Beynəlxalq Muğam Mərkəzinin dəyirmi masa layihəsinin növbəti tədbiri xanəndə Cabbar Qaryağdıoğluna həsr olunub.
Layihənin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlıdır.
Bu dəfə dəyirmi masada “Cabbar Qaryağdıoğlu – xanəndə, bəstəkar, tədqiqatçı” mövzusu müzakirə olunacaq. Tədbirdə mövzu üzrə Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov, professor Minəxanım Nuriyeva, professor Vaqif Yusifli, şair, publisist, “Cabbar Qaryağdıoğlu” kitabının müəllifi Vaqif Bəhmənli, ssenarist, Cabbar Qaryağdıoğluna həsr olunmuş 2 sənədli filmin müəllifi Kəmalə Musazadə və ssenarist Hafiz Eynullayev xanəndənin həyatı və fəaliyyətindən bəhs edən məruzələrlə çıxış edəcəklər.
Yeni formatda təqdim olunan layihədə BMM-nin solistlərinin ifasında Cabbar Qaryağdıoğlunun mahnılarından ibarət musiqi nömrələri təqdim olunacaq.