Gəncə Filarmoniyasında Samir Cəfərov rüzgarı əsəcək

Mayın 9-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş bir musiqi tədbiri - Xalq artisti Samir Cəfərovun "Sən elə bir zirvəsən" adlı solo konserti baş tutacaq.

 

Konsertdə Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqi əsərləri səsləndiriləcək.

Xalq artisti “Alagöz”, “Qaragilə”, “Qərənfil”, “Küçələrə su səpmişəm”, “Haradasan”, “Gözəlim sənsən”, “Sənə də qalmaz”, “Sevgili canan”, “Azərbaycan” və digər mahnılarla çıxış edəcək.

Konsert saat 19.00-da başlayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.