Azərbaycan Televiziyası “Muğam” Televiziya Müsabiqəsinə başlayır

 

Azərbaycan Televiziyası “Muğam” Televiziya Müsabiqəsinə start verir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Azərbaycan Mədəniyyət Fondunun layihəsi olan müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin köməkliyi ilə həyata keçirilir.

Müsabiqəyə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər dəvət olunurlar. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini aşağıdakı bölgə və şəhərlərin sözügedən təşkilatlarına təqdim etməlidirlər:

- Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvardan Lənkəran Regional Mədəniyyət İdarəsinə;

- Bərdə, Yevlax, Xocalı, Xocavənd, Tərtər, Ağdam, Ağcabədi, Cəbrayıl, Füzulidən Bərdə Regional Mədəniyyət İdarəsinə;

- Şamaxı, Zərdab, Ağsu, Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Qobustan, İsmayıllıdan İsmayıllı Regional Mədəniyyət İdarəsinə;

- Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən bölgələrindən Xaçmaz Regional Mədəniyyət İdarəsinə;

- Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən bölgələrindən, Şəki və Mingəçevir şəhərlərindən Şəki Regional Mədəniyyət İdarəsinə;

- Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala, İmişli, Beyləqan bölgələrindən və Şirvan şəhərindən Sabirabad Regional Mədəniyyət İdarəsinə;

- Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Tovuz, Qazax, Ağstafa, Şəmkir bölgələrindən, Gəncə və Naftalan şəhərlərindən Gəncə Regional Mədəniyyət İdarəsinə;

- Naxçıvan Muxtar Respublikası ərazisində yaşayanlar MR Mədəniyyət Nazirliyinə;

- Zəngilan, Qubadlı, Şuşa, Abşeron, Xızı bölgələrindən, Sumqayıt və Bakı şəhərlərindən AzTV-nin Musiqi və əyləncəli proqramlar redaksiyasına müraciət edə bilərlər.

Sənədlər fevralın 28-dən martın 28-nə kimi qəbul olunur. Yaşı 13-dən 16-ya qədər oğlanlar müsabiqəyə buraxılmırlar.

Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.