Filarmoniyada Xocalı soyqırımının qurbanları xatirə konserti ilə anılıb

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş musiqi axşamı təşkil olunub.

AzərTAC xəbər verir ki, anım mərasimində əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra konsert proqramı təqdim edilib.

Anım gecəsində Mustafa Mehmandarovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrı çıxış edib. Orkestrın ifasında Aqşin Əlizadənin “Simfoniya nömrə 5”, Fikrət Əmirovun “Nizaminin xatirəsinə” həsr olunmuş simli simfoniya, Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Laylay” əsərləri səsləndirilib.

Konsert proqramında Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edib.

Tədbir Rauf Əliyevin “Azadlığa gedən yollar”, “Xocalıya ithaf” əsərlərinin səsləndirilməsi ilə başa çatıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.