Rusiyanın Ukraynaya təcavüzünə etiraz olaraq rusiyalı sənətçilər beynəlxalq arenada çıxışa buraxılmadılar

 

Ukraynaya silahlı təcavüz edən Rusiyaya hər kəs bir cür etiraz bildirir. 

Nyu-Yorkun “Karneqi Zalı” məşhur rus dirijoru Valeri Georgiyevi bu həftə “Vyana Filarmoniyası”nda konsert verməkdən məhrum edib, onun yerinə kanadalı Yannik Nezet-Seqinin çıxış edəcəyi bildirilib.

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, təşkilatçılar rus Georgiyevun kanadalı  Yannik Nezet-Seqin ilə əvəzlənməsinin səbəbini izah etməsələr belə hər şey gün kimi aydındır.

Analoji hadisə də var. Rusiyalı pianoçu Denis Matsuyevin ötən gün keçiriləcək konsertdə iştirakının da ləğv edildiyi bildirilir.

Məlumatda vurğulanır ki, Denis Matsuyevin yerinə orkestrlə çıxış edəcək pianoçunun adı daha sonra açıqlanacaq.

Rusiya dövlətinin öz hərbi gücü ilə dünyaya meydan oxumasının sıravi ruslara baha başa gələcəyi şübhə doğurmur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.