İsveçli bəstəkar Yonas Valfridson: Olimpiya Oyunlarında mən Azərbaycana azarkeşlik edirdim

 

İsveçin ən iri qəzetlərindən biri olan “Expressen”də “İsveçli bəstəkar Yonas Valfridson: Olimpiya Oyunlarında mən Azərbaycana azarkeşlik edirdim” sərlövhəli məqalə dərc edilib.

AzərTAC xəbər verir ki, Pekin Qış Olimpiya Oyunlarının başa çatmasından və idman yarışlarına xüsusi marağının olmamasından söhbət açan bəstəkar yalnız Azərbaycana azarkeşlik etməsinin əsas səbəbini vurğulayıb.

Yonas Valfridson deyib: “Mən fiqurlu konkisürmədə kifayət qədər yaxşı çıxış edən Azərbaycana xəlvətcə azarkeşlik edirdim. Bu ölkəyə hansısa münasibətim olduğuna görə deyil. Onların möhtəşəm milli himnləri var”.

Azərbaycan himnini canlı eşitmək arzusunu bildirən bəstəkar yazır: “Bu mahnıdır, mənim mahnımdır. Bu, mənim haqqımdadır və mənim üçün yazılıb. Mən Azərbaycandan olan heç kəslə qarşılaşmamışam. Lakin bu bəstəni eşidən kimi mən özüm də tir üzərində bir neçə hərəkət və yerdə ağır sıxma hərəkətlərini yerinə yetirmək istəyirəm”.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.