BİZƏ YAZIRLAR – “Böyük şəxsiyyətin 80 illik yubileyinə məqalə həsr olundu”

“Ədəbiyyat və incəsənət”in BİZƏ YAZIRLAR rubrikasında Yasamal Mərkəzi Kitabxana Sisteminin əməkdaşı Lətifə Məmmədovanın məktubu yer alıb. Məktubda qeyd edilir:

 

Ötən gün görkəmli müğənni və bəstəkar, tanınmış ictimai və dövlət xadimi Polad Bülbüloğlunun 80 illik yubileyi qeyd edildi.

Yubileylə əlaqədar yazıçı, publisist, “Yazıçı Qadınlar Cəmiyyəti” İB-nin sədri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Nüşabə Məmmədli “Heydər Əliyev” ordeni ilə təltif olunmuş böyük sənətkara “Bir ömrün rəngarəng dünyası” məqaləsini həsr edib.

 

Nüşabə Məmmədli qeyd edir ki, bu böyük sənətkar və tanınmış şəxsiyyət haqqında yazmaq məsuliyyətli və çətindir. O qeyd edir ki, əsərin qəhrəmanı Azərbaycan Respublikasının və SSRİ Xalq artisti, bəstəkar, “Heydər Əliyev” ordenini  şərəflə daşıyan ictimai və siyasi xadim, müğənni, Azərbaycan estrada musiqisinin təbliğində və inkişafında böyük rolu olan Polad Bülbüloğlu dünyada tanınan şəxsiyyətdir. O, dayanmadan-durmadan, yorulmadan, öz ürəyinin odunu-alovunu, ruhunun hərarətini incəsənət aləminə qatqar verərək, estrada dünyasına Polad Bülbüloğlu dünyası qataraq böyük bir yenilik gətirir.

Nüşabə Məmmədli haqlı olaraq qeyd edir ki, Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinə verdiyi töhfəni çoxları bir ömr çalışsa da verə bilməyib. Ona görə də onun ömrünün hər səhifəsini, hər gününü inamla bir ömr adlandırmaq olar.

Yazıçı Polad Bülbüloğlu müğənni, bəstəkar, nazir, səfir obrazlarını yaradıb. Onun mədəniyyət naziri olduğu zaman mədəniyyətdə olan böyük inkişafı, kitabxanaların müasirləşdirilməsini qeyd edir müəllif.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2025)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.