Tanınmış jurnalist Etibar Babayev sosial mediada gördüyünüz bu fotonu paylaşaraq yazıb:
“1992-ci ilin aprel ayında Barış Mançonun Bakıya gəlişi və AzTV- pavilyonlarında apardığı çəkilişlər, əslində, türk həmkarlarımızla birgə əməkdaşlığın ilk parlaq nümunəsi idi. Yaşlı nəslin sağ qalan nümayəndələri o günləri yaxşı xatırlayır...
1992-ci ilin may ayında 4 həftə hər bazar günü Barış Mançonun hazırladığı o proqramlar TRT ilə yayınlandı.”