MƏŞHURLARLA ÜZBƏÜZ – Fərqanə Qasımovanı Alim Qasımovun iradlarını rahat qəbul edirdimi? Featured

“Ədəbiyyat və incəsənət” portalının Məşhurlarla üzbəüz rubrikasında növbəti suallar Respublikamızın əməkdar artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımovaya ünvanlanacaq. Rubrikanı Aysel Kərim aparır.

 

-Atanız Alim Qasımov həm də müəlliminizdir. Siz tələbə olan dönəmlər Alim müəllimin iradlarını rahat qəbul edirdiniz?

 

-Bəli Alim Qasımov mənim əzəli və əbədi müəllimimdir. Niyə belə deyirəm çünki mənim sənətdə başqa müəllimim olmayıb. Bir tək səsyazmalardan  dinlədiyim ifaçıların üzərimdə haqqı da var ki, onlardan hansısa bir nəfəs, boğazda hansısa xırdalıq götürmüşəm. Əlbəttdəki bunu da danmaq olmaz. Bəli Alim müəllimin iradları çox olub. Alim müəllim heç nəyi boğazdan yuxarı etməyib. Eləcə də mənə qarşı bu sənətdə hər şeyi ürəkdən edib, elə-belə etməyib. Nə öyrədibsə, nə deyibsə ürəkdən edib. Alim müəllim heç bir sirlərini məndən gizlətməyib. Bu mənim çox xoşuma gəlib. Əlbətdəki mən bundan küsmək yox əksinə ağıl və məntiqlə düşünmüşəm deyə ürəyimdə demişəm ki, yaxşı ki, mənim atamın bu cür qəlbi var heç bir sirrini məndən gizlədib, saxlamır. 

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2024)



Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.