Gülüstan Əliyeva Gəncə Dövlət Filarmoniyasında solo konsert verdi

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Əməkdar artist Gülüstan Əliyevanın "Təşəkkür" adlı solo konserti baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalı Gəncə Dövlət Filarmoniyasına istinadən xəbər verir ki, filarmoniyanın Kamera Orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti Rafael Bayramov) və "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Sahil Quliyev) müşayiəti ilə sevilən müğənni Azərbaycan xalq mahnısı "Küsmə gəl", Cavanşir Quliyevin "Bura vətəndir", Polad Bülbüloğlunun "Bayatılar", Oqtay Kazıminin "Toy olsun, bayram olsun", Arif Babayevin "Ay mənim məhəbbətim", Ələkbər Tağıyevin "Neylərəm", Elza İbrahimovanın "Gəl barışaq", "Sən yadıma düşəndə", Emin Sabitoğlunun "Gəncədən gəlirəm", Siyavuş Kəriminin "Ömrümün istəyi" mahnılarını ifa edib.

Gəncədə ilk dəfə baş tutan konsert proqramı izdihamla keçib.

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.