Gəncə Filarmoniyasında Ramiz Mirişlinin 90 illiyi qeyd olunacaq

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 20 oktyabr saat 19:00-da görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert proqramı baş tutacaq. 

“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, konsert proqramında filarmoniyanın solistlərinin ifasında bəstəkarın "Dalğalar", "Vətənimsən", "Bir xumar baxışla", "Dedim tələsmə", "Bir könül sındırmışam", "İlk sevgi", "Azərbaycan dünyam mənim" mahnıları səsləndiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.