The Weeknd “Spotify”də ən çox dinlənilən ifaçı olub

 

Efiopiya əsilli kanadalı ifaçı The Weeknd (Eybel Tesfaye) son bir ayda “Spotify”də ən çox dinlənilən müğənni olub. TASS xəbər verir ki, müvafiq statistikanı sözügedən musiqi servisi yayıb. Müğənninin kompozisiyalarının dinləyici sayı ay ərzində 85,7 milyon təşkil edib. “Daily Mail” nəşrinin yazdığına görə, bu uğur ifaçının yanvarın 7-də işıq üzü görən yeni “Dawn FM” adlı albomunun populyarlığı ilə bağlıdır.

İkinci yerdə 83,3 milyon dinləyici ilə kanadalı müğənni Castin Biber qərarlaşıb.

Qeyd edək ki, “Spotify” servisi 2008-ci ildən fəaliyyət göstərir. Hazırda 381 milyondan çox istifadəçisi var.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.