Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir.
73 yaşlı moda dizaynerinin şöhrətinin zirvəsi Avropada ilk dəfə Moda nümayişini Paris konsert salonunda rok festivalına çevirən və moda evinin on illiyini qeyd etmək üçün təxminən 6 min tamaşaçı toplayan səksəninci illərə təsadüf edir.
1992-ci ildə Thierry Magler satış lideri olan "Angel" ətriyyatını buraxaraq növbəti likə imza atdı.
2002 -ci ildə dizayner Moda Evinin yaradıcı direktoru vəzifəsini tərk etdi, lakin məşhurlarla əməkdaşlıq etməyə və nümayişlər keçirməyə davam etdi. Onun istedadının ulduz pərəstişkarları arasında Lisa Minnelli, Milen Farmer, Kim Kardaşyan (üzdəniraq), Beyons, Lady Gaga və bir çox başqaları var idi.
Thierry Maglerin təbii səbəblərdən öldüyü bildirilir. Modelyer Jan-Batist Rujun sözlərinə görə, ustanın ölümü onun üçün gözlənilməz olub. Kuturye çox işləyirdi, həftənin əvvəlində yeni layihələr haqqında məlumat verməyi planlaşdırırdı.
Amma əcəl imkan vermədi.