Bu gün Almaniyada azərbaycanlı sənətkar alqışlanacaq. Qədim tarixə malik Manheym Opera Teatrı (Nationaltheater Mannheim) yeni mövsümün əvvəlində Lüdviqshafen şəhərindəki teatrında yeddi dəfə Pyetro Maskaninin “Kənd namusu” operasını təqdim edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sentyabrın 19-dan oktyabrın 6-dək göstəriləcək tamaşalarda Alfio partiyasını Azərbaycanın Xalq artisti Əvəz Abdulla ifa edəcək.
Pfalzbau teatrında oynanılacaq tamaşanın quruluşçu rejissoru Roland Velte, musiqi rəhbəri və dirijoru Yanis Liyepinşdir.
“Ədəbiyyat və incəsənət”
(19.09.2024)