Sofi dö Kue Bakıda konsert verəcək

İsveçrəli müğənni Sofi dö Kue sentyabrın 18-i Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, sentyabrın 19-da isə “Events Hall”da konsert proqramı ilə çıxış edəcək.

 

AzərTAC xəbər verir ki, “İsveçrə ilə Azərbaycan arasında körpülərin qurulması – dünya turu” çərçivəsində reallaşacaq tədbirdə müğənni maraqlı ifalar səsləndirəcək.

Sofi dö Kue eyni səhnəni multiinstrumental ifaçı kimi istedadına görə “ahtapot adam” ləqəbi ilə tanınan Simon Jaccard ilə bölüşəcək. 

Müğənni, həmçinin sentyabrın 19-da Azərbaycan Milli Konservatoriyasında seminar keçirəcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.