Xalq artisti Ramiz Quliyevlə görüş təşkil olunacaq

Oktyabrın 6-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Üzbəüz” layihəsi çərçivəsində görkəmli tarzən, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Ramiz Quliyevlə görüş keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, görüşdə Gəncənin mədəniyyət, incəsənət xadimləri və gənclər iştirak edəcəklər.

Muğamların, təsniflərin, eləcə də xalq mahnılarının mahir ifaçısı ilə reallaşacaq görüş tar ifaçılığının keçdiyi dövr və milli musiqi dəyərlərinin qorunması ilə bağlıdır.

 

“Ədəbiyyat və incəsənət”(26.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.